25.8 C
Gence
25.8 C
Gence

Gəncədə bir qrup müəllimlərin əməyi qiymətləndirilib

Gəncədə bir qrup təhsil işçisi təltif olunub. Bu haqda 1 dekabr tarixində Gəncə Şəhər Təhsil İdarəsinin Facebook səhifəsində məlumat paylaşılıb.

Səmərəli fəaliyyətinə görə fərqlənən təhsil işçilərinə, eləcə də Vətən Müharibəsində iştirak edən qazi müəllimlərə Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanı təqdim edilib.

Qeyd edək ki, tədbirdə GŞTİ-nin müdiri Anar Qədiməliyev, Millət vəkili Pərvin Kərimzadə və məktəb direktorları və müəllimlər iştirak ediblər. Qurumun rəhbəri müəllimləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Gəncə Şəhər Təhsil İdarəsinin Facebook səhifəsindən foto
Gəncə Şəhər Təhsil İdarəsinin Facebook səhifəsindən foto

Ən Çox Oxunan