19.1 C
Gence
19.1 C
Gence

Gəncədə bir neçə küçədə kanalizasiya suları axır

Gəncənin bir sıra ərazilərində kanalizasiya ilə problemlər var.

Mahrasa bağı adlanan ərazidə 10-cu, Nəriman Nərimanov küçəsində isə 14-cü binanın sakinləri çirkab sularının küçə boyu, bloklara  və evlərə axmasından narazıdırlar.

Onların sözlərinə görə, bu vəziyyət bir neçə aydır davam edir. “Kanalizasiya suları küçəyə axır. Axşamlar saatlarında su artır və evlərimizə dolur. Pis qoxudan nəfəs almaq olmur, uşaqlar çıxıb həyətdə oynaya bilmirlər”, – deyə sakinlər bildirir.

Bundan başqa çaykənarı park bulvarda da bir həftəyə yaxındır ki, kanalizasiya quyusu daşır və ətrafa çirkab suları axır.

Ən Çox Oxunan