Gəncənin Heydər Əliyev prospektində yerləşən binaların birinin önündə tüstü borusu qəzalı vəziyyətdədir. Bu haqda Gencexeber.az-a 11 dekabr tarixində məlumat daxil olub.
Bu hal Gəncə Dövlət Universitetinin 3-cü korpusunun arxasındakı binanın həyətində müşahidə olunur. 10-13 metr hündürlüyü olan boru çürüyüb.
Sakinlərin sözlərinə görə, o, güclü külək zamanı əsir. “O aşsa binanı da uçurdar” – deyərək onlar bildirirlər.