Gəncədə yerləşən kiçik istirahət guşəsi təmir olunub. Bu haqda məlumat Gencexeber.az-a martın 15-i daxil olub.
Sözügedən işlər şəhərin Təbriz küçəsində aparılıb. Orada yerləşən 15 nömrəli binanın qarşısında kiçik istirahət guşəsi təmir edilib. Park tamet daşları ilə döşənib və ərazidə qazon salınıb. Yeni bördürlər qoyulub.
Xatırladaq ki, sözügedən istirahət guşəsinin təmiri haqda xəbər vermişdik.