Gəncədə bəzi binaların üzlüyü tökülür. Sakinlər bu vəziyyətin təhlükəli olduğunu bildirirlər. Bu haqda Gencexeber.az-ın müxbiri 27 oktyabr tarixində xəbər verib.
Sözügedən hal şəhərin Heydər Əliyev prospektində yerləşən Kapital Bankın yanında müşahidə olunur. Binalar bir neçə il öncə aqlay daşı ilə üzlənsə də eyvanların beton hissələrini üzə çıxarıb.
“Yaxşı hava şəraitində oradan keçiləsi deyil, qaldı küləyin güclü əsən vaxtı”, – deyə sakin bildirib.
