25.5 C
Gence
17.5 C
Ganja

Gəncədə binaların məhəllələri abadlaşdırılır

Gəncədə “Abad məhəllə”lər yaradılır. Bu haqda məlumatı mayın 13-ü Gəncə Şəhər İcra Hakimiyyətinə istinadən veririk.

Kəpəz və Nizami bələdiyyələri tərəfindən “Abad məhəllə”lər salınır. Eyniadlı layihə çərçivəsində məhəllələrdə asfalt örtüyü döşənir, tamet daşlar vurulur, yeni bordürlər qoyulur, işıq dirəkləri quraşdırılır, məişət tullantıları üçün qutular yerləşdirilir.

Binaların həyətlərində yaşıllaşdırma işləri aparılır, dekorativ ağaclar əkilir, yaşıllıqların suvarılması üçün su xətləri çəkilir.

Sözügedən ərazilərdə söhbətgah və oturacaqlarla yanaşı, uşaq meydançaları da düzəldilir.

Qeyd edilib ki, şəhərdə həyata keçirilən məhəllələrarası abadlıq işləri mərhələli şəkildə davam etdiriləcək.

Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto
Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto