24.8 C
Gence
24.8 C
Gence

Gəncədə bilik yarışı keçiriləcək

Gəncədə intellektual oyun keçiriləcək. Bu haqda 26 yanvar tarixində Gəncə İntellektual Klubu məlumat paylaşıb.

“Nə? Harada? Nə zaman?” formatında baş tutacaq yarış 30 yanvar tarixində saat 11:00-da Gəncə Gənclər Evində təşkil olunacaq. Turnir “2 fevral – Beynəlxalq Gənclər Günü”nə həsr olunub. İntellektual oyuna həm komanda ilə, həm fərdi şəkildə qatılmaq olar. İştirak etmək istəyənlər Gəncə İntellektual Klubunun Facebook səhifəsinə yaza bilərlər. Yerlər məhduddur. Turnirdə iştirak ödənişsizdir.

Qeyd edək ki, son müraciət tarixi 29 yanvar 20:00-dır.

Ən Çox Oxunan