14.7 C
Gence
14.7 C
Gence

Gəncədə Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Gəncədə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirilib. Bu haqda 6 oktyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Tədbirdə icra başçısının müavini Adil Tağıyev, millət vəkili Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, AMEA-nın Gəncə Bölməsinin sədri Fuad Əliyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, şəhid ailələri, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Çıxış edənlər şərəfli peşə sahiblərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda bir qrup təhsil işçisi təltif edilib.

Ən Çox Oxunan