24.1 C
Gence
24.1 C
Gence

Gəncədə Beynəlxalq əlillər günü münasibəti ilə tədbir keçirilib

Gəncədə 3 dekabr tarixində qüsurlu uşaqlar üçün tədbir keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

“Ümid işığı ilə yaşayanlar” adlı tədbirdə şəhər 45 nömrəli xüsusi məktəbin şagirdləri iştirak ediblər. 1 saylı kitabxananın işçisi Günay Əmiraslanova uşaqlara müxtəlif nağıllar oxuyub. Daha sonra birgə videolar izləyiblər.

Kitabxananın müdiri şagirdlərə nağıl qəhrəmanları haqqında məlumat verib və sualları cavablandırıb. Sonda xatirə şəkilləri çəkdirilib.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan