Gəncədə Zəfər günü münasibəti ilə tədbir keçiriləcək. Bu haqda 6 noyabr tarixində Gencexeber.az-ın müxbiri məlumat verib.
Qeyri Hökümət Təşkilatların (QHT) və İctimai Birliklərin (İB) nümayəndələrinin iştirakı ilə baş tutacaq mərasim 8 noyabr tarixində saat 11:00-da Azərbaycan Texnologiya Universitetində təşkil olunacaq. Tədbir “Avropa Gəncləri Sülh Naminə” Beynəlxalq Forum çərçivəsində “Mülki əhaliyə qarşı törədilən terror aktları” mövzusunda keçiriləcək.
Qeyd edək ki, 4-9 noyabr tarixlərində baş tutan forumda Avropanın 20 ölkəsindən 30-dan çox nüfuzlu QHT, İB, gənclər təşkilatlarının sədrləri iştirak edirlər. Səfərdə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilər də ziyarət olunacaq.