Gəncədə 9 noyabr tarixində onlayn şeir gecəsi keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı kitabxana filialının təşkil etdiyi tədbir Bayraq günü münasibəti ilə baş tutub. Görüş “Qeyrət və qürur rəmzi” adlanıb. Tədbirdə 6 və 15 nömrəli tam orta məktəblərin şagirdləri, kitabxananın fəal oxucuları və əməkdaşları iştirak ediblər.
Kitabxananın fəal oxucuları, məktəb şagirdləri bayrağa, Vətənə, Zəfərə, müstəqilliyə,
Azərbaycana aid şeirlər səsləndiriblər.