Gəncədə 4 noyabr tarixində şeir gecəsi keçiriləcək. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.
Bayraq gününə həsr olunmuş “Əbədi ucalan bayrağımız” adlı tədbir saat 15:30-da baş tutacaq. İştirak etmək istəyən hər kəs qatıla bilər. Şeir gecəsi Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin uşaq şöbəsində keçiriləcək.
Ünvan: Heydər Əliyev adına meydan, 430.