9.7 C
Gence
5.5 C
Ganja

Gəncədə Batika sənəti üzrə ustad dərsi baş tutub

Gəncədə 8 oktyabr tarixində ilk dəfə olaraq Batika sənəti üzrə masterklass keçirilib. Bu haqda Gəncə Gənclər Evi məlumat paylaşıb.

Dərs “Xarıbülbülün nəğməsi” adlanıb. Təlimi mərkəzin dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmova keçib.

Dərsdə iştirakçılar Batika sənətinin tarixini və texnologiyasını öyrəniblər. Daha sonra ipək parça üstündə Xarıbülbülə həsr olunmuş rəsmi tamamlayıblar.

 

Ən Çox Oxunan