19.1 C
Gence
19.1 C
Gence

Gəncədə basketbol liqası təşkil olunur

Nizami yurdunda təşkil olunan basketbol idman növü üzrə region liqası qaldığı yerdən davam edir. Bu haqda 24 aprel tarixində Gəncəxəbər.az Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Texnologiya Universitetinin və Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində regionda ilk dəfə olaraq Gəncə basketbol liqası keçirilir.

Gəncə Basketbol Liqasında 3-cü dövrənin oyunları başlayıb. 5 komandanın iştirak etdiyi 3-cü dövrə oyunlarında 4 komanda final mərhələsində qüvvəsini sınayacaq. 1-ci və 2-ci yerə çıxan komandalar pley-off mərhələsində görüşəcəklər. Pley-off mərhələsində 2 komanda arasında 5 oyunda 3 qələbə əldə edən komanda çempion olacaq.

Liqa yarışları ATU-nun idman klubunda həyata keçirilir.

Ən Çox Oxunan