21.4 C
Gence
21.4 C
Gence

Gəncədə balacalara psixoloji yardımların göstərilməsi davam etdirilir

Gəncədə uşaqlara sosial psixoloji, nevroloji, pedaqoji yardımların göstərilməsi davam etdirilir. Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında məlumat dərc edilib.

Şəhərdə fəaliyyət göstərən Günərzi qayğı mərkəzinə 3-12 yaş arası balacalar cəlb olunur. Layihənin məqsədi onların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasıdır. Həssas qruplardan olan balacaların və onların ailələrinin sosial xidmətlərə çıxışının təmin olunması da layihəyə daxildir.

Günərzi mərkəzləri Respublikanın 24 şəhər və rayonunda fəaliyyət göstərir. Sosial Xidmətlər Agentliyi tərəfindən yaradılan mərkəzlərə ötən ilin sentyabr ayından bu günə kimi 700-dən çox uşaq cəlb olunub.

 

Ən Çox Oxunan