21.9 C
Gence
15.5 C
Ganja

Gəncədə balacalar Şəhidlər xiyabanına baş çəkiblər

Gəncə şəhər 3 saylı uşaq bağçasının şagirdləri erməni terroru zamanı zərər çəkmiş ərazilərə baş çəkiblər. Bu haqda Gencexeber.az-ın izləyicisi 29 oktyabr tarixində məlumat verib.

Bağça müdirinin və müəllimlərinin təşəbbüsü ilə balacalar Gəncə Şəhidlər xiyabanında olublar. Daha sonra onlara Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmış ərazilərdə dağılmış evlər göstərilib.

Təqdim etdiyimiz video materialda gördüyünüz kimi, uşaqların bəziləri hərbi geyimdədir. Qalanları isə gödəkçələrinə şəhidlərin şəkillərini sancıblar. Onlar qəbirlərin üzərinə güllər düzüblər.