24.7 C
Gence
24.7 C
Gence

Gəncədə baba və nəvə qədim sənəti yaşadırlar

Gəncədə qədim səbət toxuma sənətini yaşadan ustalar işləyir.

67 yaşlı Vilayət Qurbanov və nəvəsi 22 yaşlı İsmət Rəhimov Gəncədə səbətlər toxuyaraq çörək pulu qazanırlar. Vilayət usta bu sənətlə artıq 28 ildir ki, məşğuldur. Onun sözlərinə görə, bu sənətə başlayanda, sənət demək olar ki, yox olmuşdur. “Mən bu sənəti bərpa elədim. Bununla əlaqədar televiziya kanalları çəkiliş etmişdilər,” – deyə usta bildirir.

Vilayət Qurbanovun əl işləri 2013-cü ildə Fransanın Ren şəhərində, 2015-ci ildə Heydər Əliyev Fondu tərəfindən Parisdə 10 günlük sərgidə, 2018-ci ildə isə Moskvada sərgilənib.

Ustanın nəvəsi İsmət Rəhimov 12 yaşından bu sənətə babasından yiyələnib. Hazırda baba və nəvə birlikdə işləyirlər. Onlar sifarişlə səbətlər hazırlayırlar.

Ustalara sifariş vermək istəyənlər (055) 756 70 02; (055) 458 44 14 nömrələrinə zəng edə bilərlər.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan