26.4 C
Gence
26.4 C
Gence

Gəncədə “Əbədiyaşar lider” mövzusunda ekskursiya keçirilib

Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Əbədiyaşar lider” mövzusunda tədbir keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsində məlumat paylaşılıb.

Ekskursiyada Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin müəllim və 6E sinif şagirdləri iştirak ediblər. Mərkəzin elmi işçisi Gülər Ellazova məktəbliləri Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyi ilə tanış edib. Muzeydə nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verib.

Sonda şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Ən Çox Oxunan