9.7 C
Gence
5.5 C
Ganja

Gəncədə bədii tikmə sahəsində çalışan xanım sənətkar fəaliyyət göstərir

Gəncədə bədii tikmə, vitraj və qrafika, yandırma, muncuqla işləmə sənəti ilə məşğul olan xanım sənətkar yaşayır.

Xəyalə Kazımova əsasən bədii tikmə sahəsi üzrə fəaliyyət göstərir. Xanım əsasən parça üzərinə rəsmlərin köçürülməsi sifarişlərini qəbul edir. O, İncəsənət kafedrasının müəlliməsi olduğu Gəncə Dövlət Universitetində yerləşən emalatxanada çalışır.

“Mənim bu sənətə sevgimə və sirrlərini öyrənməyimdə Əməkdar rəssam Şaiq Məmmədovun çox böyük rolu olub” – Xəyalə xanım söyləyib. Daha öncə, Gəncə Dövlət universitetinin Təsviri İncəsənət kafedrasının müdiri olan professor Şaiq Məmmədov haqqında xəbər vermişdik.

Kazımova Xəyalə Eyvaz qızı 1983-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Xanım 2007-ci ildə Gəncə Dövlət Universitetinin Təsviri İncəsənət və Rəsmxət ixtisasının bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib.

Qeyd edək ki, sənətkar Gəncə şəhəri və Respublika tədbirlərində iştirak edərək fəxri fərmanlarla təltif olunmuşdur.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan