26.4 C
Gence
26.4 C
Gence

Gəncədə “Azərbaycanın zəfər qəhrəmanları” adlı şeir gecəsi keçirilib

Gəncədə Mərkəzi Kitabxananın Uşaq şöbəsində şeir gecəsi keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi 3 noyabr tarixində məlumat paylaşıb.

Tədbir Vətən müharibəsi şəhidlərinin xatitəsinə həsr olunub və “Azərbaycanın zəfər qəhrəmanları” adlanıb. İlk öncə şəhidlər bir dəqiqəlik sükutla anılıblar. Daha sonra Gəncə şəhər 42 nömrəli məktəbin müəllimi Bədəlova Zuzanna çıxış edib.

Sonda həmin məktəbin şagirdləri şəhidlərə və qəhrəmanlığa həsr olunmuş şeirlər səsləndiriblər.

Ən Çox Oxunan