27.5 C
Gence
27.5 C
Gence

Gəncədə “Ay mənim ana Kürüm!” adlı musiqi saatı keçirilib

Gəncədə Aşıq Pənahın yubileyi münasibəti ilə tədbir keçirilib. Bu haqda 11 dekabr tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

“Ay mənim ana Kürüm!” adlı musiqi saatı aşığın 95 illiyi ilə əlaqədar baş tutub. Tədbir 7 saylı kitabxana filialında təşkil olunub. Burada 3 saylı musiqi məktəbinin müəllim və şagird kollektivi iştirak edib. Kitabxananın müdiri Natella Hacıyeva aşığın həyat və yaradıcılığı haqqında məlumat verib. Daha sonra tədbirdə “Ay mənim ana Kürüm”,  “Azərbaycan” və s. mahnılar səsləndirilib.

Ən Çox Oxunan