Gəncədə vağzaldan “şəhərə” doğru qalxanda, yolun solunda dayanacaqlar yoxdur. Bu haqda Gencexeber.az-ın izləyicisi yanvarın 6-sı məlumat verib.
Sözügedən hal Atatürk prospektində müşahidə edilir. Həmin ərazidən 6 və 7 nömrəli marşrut xətlərinin avtobusları hərəkət edirlər. Məlumata əsasən, qeyd olunan küçə ilə paralel Heydər Əliyev prospektində beş dayanacaq var.
“Ümumiyyətlə, o prospektdə doğru-düzgün qoşa xətt, piyada keçidi və s. kimi işarələr yox dərəcəsindədir” – deyə, izləyicimiz əlavə edib.