19.7 C
Gence
19.5 C
Ganja

Gəncədə Atatürkün anım mərasimi keçirilib

Gəncədə Mustafa Kamal Atatürkün 83-cü anım günü qeyd olunub. Bu haqda məlumat 10 noyabr tarixində paylaşılıb.

Türkiyyənin Gəncədəki baş konsulluğunda keçirilən tədbir zamanı Atatürkün həyatından söz açılıb. Mərasimdə – “Azərbaycanın kədəri kədərimiz, sevinci isə sevincimizdir” – sözləri sitat gətirilib.

Qeyd edək ki, Qazi Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da İstanbulda Dolmabağça sarayında vəfat edib. Cənazəsi noyabrın 21-də müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, Mavzoleyin inşasından sonra isə 1953-cü il noyabrın 10-da oraya köçürülüb.