Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə 20 noyabr tarixində “Övladım Üçün – Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” layihəsi çərçivəsində festival keçiriləcək. Bu haqda Gencexeber.az-ın müxbiri 19 noyabr tarixində məlumat verib.
Gəncə şəhərinin Bayraq meydanında saat 14:30-da 200-ə yaxın gənc ata və övladlarının iştirak edəcəyi festivalda müxtəlif hədiyyəli oyunlar, şoular, rəqslər, musiqili proqram və əyləncəli yarışlar keçiriləcək. Festivalda atalar öz övladları ilə birlikdə həmin yarışmalarda və oyunlarda iştirak edərək hədiyyələr qazana biləcəklər.
Qeyd edək ki, festival “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində hayata keçirilir.