21.4 C
Gence
21.4 C
Gence

Gəncədə “Atalar məktəbinə” qeydiyyat başlayıb

Gəncədə atalar üçün təlimlər keçiriləcək. Bu haqda Gender Hub Azerbaijan səhifəsi məlumat paylaşıb.

“Atalar Məktəbi – Məsuliyyətli Atalığın Transformasiyası” layihəsinə qeydiyyat başlayıb. Təlimlərdə 21-36 yaş arası atalar və ata olmağa hazırlaşanlar iştirak edə bilərlər. Qatılmaq istəyənlər qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər. İştirak ödənişsizdir.

Qeyd edək ki, layihənin məqsədi ata olmağa hazırlaşan şəxsləri və gənc ataları uşağın inkişafı prosesində fəal iştiraka cəlb etməklə ailələrdə mövcud olan davranış normalarının və gender-əsaslı stereotiplərin dəyişdirilməsinə töhfə verməkdir.

Ən Çox Oxunan