17.7 C
Gence
17.7 C
Gence

Gəncədə ata olmağa hazırlaşan şəxlər üçün bu gün seminar keçiriləcək

Ata olmağa hazırlaşan şəxslər üçün bu gün saat 17:45-də Gəncə Gənclər Evində tədbir keçiriləcək. Bu haqda məlumat qurumun rəsmi İnstagram səhifəsində paylaşılıb.

“Gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində “Atalar Məktəbi – Məsuliyyətli Atalığın Transformasiyası” layihəsinə start verilir.

Seminarlarda aşağıda qeyd olunan mövzulara toxunulacaqdır:

  • Ailə planlamasının sağlam cəmiyyətin formalaşdılmasında rolu;
  • Sağlam ailə modeli və dəyərləri;
  • Həyat yoldaşı və ya partner ilə uşaq qayğısında və inkişafında məsuliyyətlərin bölgüsü;
  • Ataların icmalaşmasının əhəmiyyəti.

İştirak etmək istəyən şəxslər linkə daxil olub – https://cutt.ly/xTa8IYf və ya (050) 658 09 00 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.

 

Ən Çox Oxunan