19 C
Gence
19 C
Gence

Gəncədə art-terapiya üzrə təlim keçirilib

Gəncədə psixologiya üzrə təlim keçirilib. Bu haqda 1 fevral tarixində Gənclər Evi məlumat paylaşıb.

“Art-terapiya – rənglərlə düşüncələr gənclərin gözündə” adlı təlim Gənclər Gününə həsr olunub. Seminar kursun rəhbəri Günel Hüseynli tərəfindən keçirilib. 10-a yaxın gəncin qatıldığı təlim ödənişsiz şəkildə təşkil olunub. Onlar mandala rəsmlərini rəngləyiblər.

Qeyd edək ki, Gəncə Gənclər Evində mütəmadi olaraq ödənişsiz təlimlər təşkil olunur.

Ən Çox Oxunan