5.8 C
Gence
5.8 C
Gence

Gəncədə “Antikorrupsiya və etik davranış qaydaları” mövzusunda təlim baş tutub

Gəncədə sahibkarlara təlim keçirilib. Bu haqda 19 yanvar tarixində Kiçik və Orta Biznesin İnkişaf Mərkəzi (KOBİM) məlumat paylaşıb.

“Antikorrupsiya və etik davranış qaydaları” mövzusunda baş tutan təlimə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar qatılıb. Tədbirdə KOBİM-in peşəkar eksperti korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, vəzifəli şəxsin öhdəlikləri, korrupsiyaya şərait yaradan hüquqpozmalar, korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxsin dövlət müdafiəsi və “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartının özəl sektorda tətbiqi haqda danışıb.

Daha sonra fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Ən Çox Oxunan