Antidopinq maarifləndirmə tədbiri keçirilib. Bu haqda məlumatı iyunun 13-ü Report-a istinadən veririk.
Tədbir Azərbaycan Milli Antidopinq Agentliyi tərəfindən “Dəyərlərə əsaslanan antidopinq maarifləndirmə proqramı” əsasında gerçəkləşib. Təlimlər Gəncə ilə yanaşı, Yevlax, Göygöl, Şəmkir və Tovuz şəhərlərində Təhsil Nazirliyinin tabeliyindəki idman məktəblərində baş tutub. Onlara ümumilikdə 18 idman növünü təmsil edən təxminən 500 idmançı, müəllim, məşqçi, həkim və idman məktəblərinin rəhbər şəxsləri qatılıb.
İştirakçılara təməl antidopinq bilikləri haqda xəbər verilib. Dopinq anlayışı, antidopinq qayda pozuntuları, dopinq testi və təmiz idman dəyərləri haqqında geniş məlumat verilib və videoçarxlar nümayiş etdirilib.
Azyaşlı, yeniyetmə və gənc idmançılarla maraqlı interaktiv sorğular və testlər keçirilib. Təlimlərdə xüsusilə seçilən idmançılara AMADA tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.
Təlimlərdə narkotiklərlə mübarizə mövzusu xüsusi yer tutub. İdmançılara narkotiklərin zərərləri, onların törətdiyi fəsadlar haqqında məlumatlar verilib.