25.8 C
Gence
25.8 C
Gence

Gəncədə Anım Gününə həsr olunan badminton üzrə yarış keçirilib

Gəncədə 24 sentyabr tarixində badminton üzrə yarış keçirilib. Bu haqda Gencexeber.az “Kəpəz” televiziyasına istinadən məlumat verir.

Olimpiya idman kompleksində baş tutan şəhər birinciliyi 27 sentyabr Anım Gününə həsr olunub. Yarışda 20-yə yaxın badmintonçu iştirak edib. Mübarizədə həm qızlar, həm də oğlanlar bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, onların hər biri yerli idman məktəbinin yetirmələridir.

Ən Çox Oxunan