26.4 C
Gence
26.4 C
Gence

Gəncədə Anım günü münasibəti ilə intellektual oyun keçirilib

Gəncədə Anım günü münasibəti ilə 27 sentyabr tarixində turnir keçirilib. Bu haqda Gəncə Gənclər Evi məlumat paylaşıb.

Oyun Gənclər Evinin və Gəncə İntellektual Klubunun birgə təşkilatçılığı ilə baş tutub. “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “ZƏFƏR YOLUNUN BAŞLANĞICI” adlı onlayn turnir keçirilib.

Turnirdə 30-dan çox gənc iştirak edib. 1-ci yerə Xalid Verdiyev, 2-ci yerə Fərid Orucov və 3-cü yerə Asiman Musayev layiq görülüblər.

Ən Çox Oxunan