Gəncədə İcra Hakimiyyətinin təşəbbüsü ilə fləşmob keçirilib. Bu haqda rəssam Mobil Qarayev məlumat paylaşıb.
27 sentyabr Anım günü münasibəti ilə Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı ilə Heydər Əliyev meydanında fləşmob keçirilib. Tədbirin devizi “Vətən var olsun!” olub. Fləşmobun rəssamı Mobil Qarayevdir.
Burada şəhid ailələri, qazilər, tələbə gənclər təşkilatlarının üzvləri və idmançılar iştirak ediblər.