Gəncədə bu gün, 27 sentyabr tarixində ağacəkmə aksiyası keçirilib. Bu haqda Gencexeber.az APA-ya istinadən məlumat verir.
Heydər Əliyev adına Park Kompleksində keçirilən ağacəkmə aksiyası Anım Günü münasibəti ilə baş tutub. Tədbirdə İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin və Gürcüstanın Gəncədəki Baş Konsulları, millət vəkilləri, qazilər, şəhidlərin ailələri və s. iştirak ediblər.
Ağacəkmə aksiyası zamanı 600-dən çox çinar və Eldar şamı əkilib.