24.8 C
Gence
24.8 C
Gence

Gəncədə Anım Günü: məktəblərdə tədbirlər təşkil olunacaq

Təhsil müəssisələrində 27 sentyabr – Anım Günü ilə bağlı tədbirlər təşkil ediləcək. Bu haqda Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində 24 sentyabr tarixində məlumat yerləşdirilib.

Anım Günü ilə bağlı Tədbirlər Planına əsasən, bütün təhsil müəssisələrində bu günə həsr olunan dərslər keçiriləcək. Həmçinin konfrans, seminar, mühazirə, “dəyirmi masa”, vebinar, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, yaradıcılıq müsabiqələri və intellektual oyunların olacağı planlaşdırılır.

Qeyd edək ki, “Məktəblilər arasında şahmat turniri”-nin, eləcə də digər idman növləri üzrə yarışların təşkil olunacağı nəzərdə tutulur.

Ən Çox Oxunan