20.8 C
Gence
14.5 C
Ganja

Gəncədə şair Nizami Gəncəvinin divarüstü rəsmi işıqlandırılır

Gəncədə Nizami Gəncəvinin divarüstü rəsminə işıqlandırma sistemi qurulur. Bu haqda Gencexeber.az-ın müxbiri 17 sentyabr tarixində xəbər verib.

İşlər şəhərin Əziz Əliyev prospektində “Nizami Gəncəvi İli” münasibəti ilə aparılır.

Qeyd edək ki, hündürlüyü 4 metrə yaxın olan rəsm, mozaika hissələrindən yığılıb.

Xatırladaq ki, prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncam imzalamışdır.