“Art Garden Ganja” 2 oktyabr 16:00 tarixində şahmat turniri keçirəcək. Bu haqda təşkitatçının rəsmi səhifəsində məlumat yerləşdirilib.
Yarışa qoşulmaq istəyənlər (050) 472 75 57 nömrəsi ilə əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər. Sonra müəyyən edilmiş saatdan 30 dəqiqə öncə yaxınlaşaraq püşkatma yolu ilə rəqib seçmələrində iştirak olunacaq. Turnirə qoşulmaq üçün simvolik 1 azn ödəniş edilməlidir.
Səhifədə qeyd olunub ki, iki finalçıya istənilən kokteyl, qalibə isə hədiyyə olunacaq.
“Art Garden Ganja” Molla Pənah Vaqif 160 (Ganja Mall-ın yaxınlığı) ünvanında yerləşir.