22.5 C
Gence
22.5 C
Gence

Gəncədə “AgroTech Hackathon” və “AgroTech Workshop” baş tutacaq

Gəncədə kənd təsərrüfatı üzrə üçgünlük təlimlər və turnir keçiriləcək. Bu haqda 15 fevral tarixində Report-a istinadən məlumat veririk.

“AgroTech Hackathon” kənd təsərrüfatı sektorundakı problemlər üçün innovativ həllərin tətbiq edilməsi, kənd təsərrüfatında texnologiyalar və innovasiyaların inteqrasiya edilməsi üçün nəzərdə tutulub. Tədbir kənd təsərrüfatı sektorunun inkişafına dəstək, prototiplərin yaradılması və innovativ texnologiyaların tətbiqi istiqamətində təşkil olunur. Hackathon 25, 26, 27 fevral tarixlərində keçiriləcək. Buraya tələbələr, tədqiqatçılar, dizaynerlər, sahibkarlar, şirkətlər və iş axtaranlar qatıla bilərlər. İştirakçılar kənd təsərrüfatında müxtəlif problemlərə innovativ həllər tətbiq etmək üçün komandada işləyəcəklər. Ən yaxşı layihə qalib seçiləcək.

Bundan başqa, “AgroTech Workshop” adlı sərgi keçiriləcək. O, bir gün davam edəcək. Burada kənd təsərrüfatı sektorunun inkişafı üçün tətbiq edilən ən son texnologiyalarla tanış olmaq olar.

Qatılmaq istəyənlər qeyd olunan linklər (Workshop: https://bit.ly/3Gw5LOm, Hackathon: https://bit.ly/3gtoLSW) vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, tədbirləri ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) maliyyələşdirir.

Ən Çox Oxunan