27.5 C
Gence
27.5 C
Gence

Gəncədə şagirdlərin psixoloji problemləri müzakirə olunub

Gəncədə “Region ümumtəhsil orta məktəblərində sosial-emosional sağlamlığın inkişafı” adlı layihənin icrasına başlanılıb. Bu haqda Gencexeber.az-a dekabrın 23-ü məlumat daxil olub.

Tədbir 2 nömrəli Gəncə Peşə Liseyində keçirilib. Layihə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunub.

Seminar təlimçi Asəf Kərimovun moderatorluğu ilə aşağıda göstərilən mövzuları əhatə edib:

  • Tanışlıq;
  • Psixoloq sizə nədə kömək edə bilər;
  • Psixoloji maarifləndirmə;
  • Psixodiaqnostika;
  • İlkin psixoloji yardım;
  • Psixokorreksiya.

Layihənin məqsədi Gəncə şəhərində, Samux və Göygöl rayonlarında yerləşən ümumtəhsil orta məktəblərində şagirdlərin psixoloji problemlərinin aradan qaldırılmasıdır və onları qısnamalar haqda maarifləndirməkdir.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan