24.7 C
Gence
24.7 C
Gence

Gəncədə şagirdlərə hərbi ixtisaslara qəbul qaydaları haqda məlumat verilib

Gəncənin 1 və 10 nömrəli tam orta məktəblərində yuxarı sinif şagirdləri ilə görüş təşkil olunub. Bu haqda sözügedən təhsil ocaqlarının Facebook səhifələrində məlumat dərc edilib.

Tədbir Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə qəbulun mütəşəkkil keçirilməsi məqsədini daşıyır.

Görüşdə 9 və 11-ci sinif şagirdləri ilə söhbət aparılıb. Məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Ən Çox Oxunan