Aşıq Ələsgərin nəticəsi Gəncədə yaşayır. O, 42 ildir ki, zərbçilik sənəti ilə məşğuldur.
Sənətkarın əl işləri şəhər, respublika və beynəlxalq sərgilərdə nümayiş olunub. Onun 30-dan çox fəxri fərman və diplomları var.
O, Dos 102 küçəsində yerləşən emalatxanasında işləyir. Sənətkar sifarişlər qəbul edir. Onunla (050/ 055) 311 50 64 nömrəsi ilə əlaqə saxlamaq olar.
Qurban Qurbanov 1979-1981-ci illərdə Texniki rəssamlıq məktəbinin Bədii və zərgərlik məmulatları üzrə fakültəsində təhsil alıb. Oranı fərqlənmə diplomu ilə bitirib.
Qeyd edək ki, o, el şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Qurbanovun oğludur.




