25.8 C
Gence
25.8 C
Gence

Gəncədə Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir

Gəncənin 20 nömrəli tam orta məktəbində Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilib. Bu haqda 1 dekabr tarixində təhsil ocağın Facebook səhifəsində məlumat dərc edilib.

Tədbirdə Aşıq Ələsgərin Azərbaycan ədəbiyyatına töhfələri, habelə Türk dünyası aşıq sənətinə təsiri haqqında fikir mübadiləsi aparılıb. Həmçinin aşıq sənətinin günümüzdə inkişafı, tədrisi və gələcək nəsillərə ötürülməsi ilə bağlı çıxışlar olunub.

Tədbir məktəb rəhbəri, müavinləri, bir çox müəllim kollektivləri və kitabxanaçıların iştirakı ilə təşkil olunub.

Gəncə şəhər M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəbin rəsmi Facebook səhifəsindən foto
Gəncə şəhər M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəbin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan