21.4 C
Gence
21.4 C
Gence

Gəncədə Aşıq Ələsgərə həsr olunmuş tədbirlər davam edir

Gəncə şəhər Mədəniyyət Mərkəzində 16 dekabr tarixində tədbir keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

“Saz ömrü qədərdir Ələsgər ömrü” adlı musiqili ədəbi-bədii kompozisiya Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunub. Mərkəzin bədii rəhbəri Eldar Məmmədov aşığın həyatı və zəngin ədəbi irsi barədə məlumat verib. O, qeyd edib ki, Aşıq Ələsgərin təhsili olmayıb. Lakin ustadın bütün janrlarda şeirləri var.

Tədbirdə aşıqlar Bəhruz Bağırov, Əli İsmayılzadə, balabançı Yaşar Abbasov və Bəhruz Bağırovun tələbəsi Tofiq Hüseynzadə Aşıq Ələsgərin sözlərinə yazılmış mahnıları ifa ediblər. Mərasimə tələbələr və sakinlər qatılıblar.

 

Ən Çox Oxunan