21.4 C
Gence
21.4 C
Gence

Gəncədə açıq kitabxanalar quraşdırılıb

Kapital Bank Gəncədə açıq kitabxanalar quraşdırıb.

Bu təşəbbüs 15 sentyabr – Bilik günü ilə bağlı həyata keçirilib. Kitabxanalar Heydər Əliyev adına parkda və Xan Bağında quraşdırılıb. Burada hər kəs istədiyi kitabı ödənişsiz götürərək oxuya bilər. Bundan başqa kitabxanalara dəstək vermək istəyənlər müxtəlif mövzuda kitablar bağışlaya bilərlər.

Rəflərdə Azərbaycan, Türk, Rus və İngilis dillərində həm bədii, həm də peşəkar ədəbiyyat mövcuddur.

Tədbirə Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə Dövlət Dram teatrı da dəstək göstərib.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan