26.4 C
Gence
26.4 C
Gence

Gəncədə “Ağ ölümün qara üzü” adlı tədbir keçirilib

Gəncədə 25 oktyabr tarixində narkomaniyayla mübarizə mövzusunda tədbir keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi “Ağ ölümün qara üzü” başlığı altında söhbət təşkil edib.

Görüşdə qeyd olunub ki, el arasında “ağ ölüm” kimi tanınan narkotikin qurbanlarının sayı ildən-ilə artmaqdadır. Narkomaniyanın yayılması hər kəsin sağlam həyat tərzinə təhlükə törədir. Onunla mübarizənin əsas məqsəd və vəzifələrdən olduğu bildirilib.

Sonda tədbir iştirakçıları narkomaniyaya həsr olunmuş videoçarx izləyiblər.

 

Ən Çox Oxunan