Gəncədə ağaclar susuzluqdan quruyur.
Gülüstan qəsəbəsində, Mirzə Abbas Abbaszadə, Mirzə Fətəli Axundov, Cavadxan və digər küçələrdə ağaclar sulanmadığı üçün quruyublar. Sakinlərin sözlərinə görə, burada quruyan bəzi ağacların 40-50 il yaşı var idi. Ancaq susuz və baxımsız qaldıqları üçün məhv olublar.


