9.7 C
Gence
9.7 C
Gence

Gəncədə 80 faiz təhsil işçisi tam vaksinasiya edilib

“Gəncədə 4900-dan artıq təhsil işçisindən 88 faizi birinci doza, 80 faizdən çoxu isə ikinci doza ilə vaksinasiya edilib” – bunu Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev deyib. Bu haqda 24 avqust tarixində məlum olub.

Qədiməliyevin sözlərinə görə, cəmi iki məktəbdə birinci doza üzrə vaksin olunma faizi 80 faizdən aşağıdır. İkinci doza vaksinasiya üzrə 32 məktəbdə göstəricilər 80 faizdən yüksəkdir. Cəmi 12 məktəbdə isə bu göstərici 80 faizdən aşağıdır. “Bizim hədəfimiz 80 faizlik vaksinasiya idi”, – deyə, Qədiməliyev bildirib.

Qeyd edək ki, bu sözləri Qədiməliyev təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda danışıb.

Ən Çox Oxunan