Gəncədə “Qarabağ Azərbaycandır!” adlı fləşmob keçirilib. Bu haqda 14 oktyabr tarixində Gəncə şəhər İcra Hakimiyyəti məlumat paylaşıb.
“Qarabağ Azərbaycandır!” adlı tədbir 8 Noyabr – Zəfər Gününə həsr olunub.
Fləşmob Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Heydər Əliyev meydanında reallaşıb.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə başlanan fləşmob ölkənin bir sıra bölgələrində davam etdiriləcək.