19.1 C
Gence
19.1 C
Gence

Gəncədə 8 ödənişsiz təlim keçiriləcək

Gəncədə ödənişsiz 8 təlim keçiriləcək. Bu haqda Gəncə Gəncləri səhifəsi sosial şəbəkələrdə paylaşım edib.

“Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi” layihəsinə qeydiyyat başlayıb. Layihənin mövzuları “Sahibkarlıq təhsili” və “İcma inkişafı” olacaq. Ümumi 8 təlimdən ibarət olan layihə Azərbaycan Texnologiya universitetində keçiriləcək.

Təşkilatçılar “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyidir. Tədbirlər ASAN Könüllülük Məktəbinin əməkdaşlığı ilə həyata keçirilir.

Son qeydiyyat tarixi: 11 sentyabr, saat 18:00.

İştirak etmək istəyənlər linkə keçid edərək qeydiyyatdan keçə bilərlər. 29 yaşınadək hər kəs qoşula bilər.

Ətraflı məlumat almaq üçün (050) 866 02 20 nömrəsi ilə əlaqə saxlamaq olar.

Ünvan: Şah İsmayıl Xətai prospekti, 401.

Ən Çox Oxunan