21.4 C
Gence
21.4 C
Gence

Gəncədə 600-ə yaxın ev qazla təmin ediləcək

Gəncədə yerləşən 600-ə yaxın evi qazla təmin etmək üçün qaz xətləri çəkilir. Bu haqda Gencexeber.az-ın müxbiri 14 oktyabr tarixində xəbər verib.

Azəriqaz İB-nin əməkdaşları şəhərin Bülbül küçəsində Firuzə şadlıq sarayının arxasında qazılan yerlərə boruları salırlar.

Əldə etdiyimiz məlumata əsasən, işçilər dünəndən etibarən çalışırlar. İşlərin iki aya kimi davam etməsi gözlənilir.

Qeyd edək ki, Ərazidə mövcud olan evlər yeni tikiliblər. Bu səbəbdən orada qaz təchizatı olmayıb.

Foto Gencexeber.az
Foto Gencexeber.az

 

Ən Çox Oxunan