20.6 C
Gence
20.6 C
Gence

Gəncədə 600-dən yuxarı bal toplayan tələbələrlə görüş keçirilib

Gəncə Şəhər İcra Hakimiyyəti 18 sentyabr tarixində qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan məzunlarla görüşüb. Bu haqda qurumun rəsmi Facebook səhifəsində paylaşım edilib.

Görüşdə çıxış edən İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev yüksək nəticə göstərərək tələbə adını qazanan yeniyetmələri təbrik edərək, onlara gələcək həyatlarında müvəffəqiyyət arzulayıb.

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tələbələrin adından şəhər rəhbərliyinə öz dərin təşəkkürünü bildirib. O qeyd edib ki, Gəncə şəhərinin ümumtəhsil məktəblərindən ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş məzunların arasında 17 nəfər gənc 600-dən yuxarı bal toplayıb. Gəncə üzrə ən yüksək nəticəni isə 690 balla 14 nömrəli tam orta məktəbin məzunu Billurə Qəbədova göstərib.

Görüşdə iştirak edən məzunların müraciətləri və onları narahat edən məsələlər də dinlənilib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.

Sonda tələbə adı qazanan gənclərə hədiyyələr təqdim olunub.

Ən Çox Oxunan